Menu

Ərdoğan ŞƏT sammitində iştirak edə bilər

16.08.2025, 18:10
Ərdoğan ŞƏT sammitində iştirak edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Böyük ehtimalla, prezident iştirak edəcək", - o bildirib.

Qeyd edək ki, ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində Yantszində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol