Menu

ABŞ Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır - Almaniyanın kansleri

16.08.2025, 21:07
ABŞ Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır - Almaniyanın kansleri

ABŞ Avropa ölkələri ilə yanaşı Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır.

APA xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts ZDF telekanalına müsahibəsində bildirib.

“Bu gün səhər Tramp bizi danışıqların məzmunu barədə ətraflı məlumatlandırdı. Həmin danışıqlar mətbuat konfransında gördüyümüzdən daha geniş idi. İndi isə gündəlikdə təhlükəsizlik təminatları məsələsi dayanır”, – deyə o qeyd edib.

Merts həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüş mümkün qədər tez keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol