Menu

Avropa Zelenskini müharibəni davam etdirməyə inandıracaq - Polşanın xarici işlər naziri

17.08.2025, 00:51
Avropa Zelenskini müharibəni davam etdirməyə inandıracaq - Polşanın xarici işlər naziri

Ukrayna müttəfiqləri olan Aİ üzvləri Volodimir Zelenskini döyüş əməliyyatlarını davam etdirməyə inandıracaqlar.

APA xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski TVN24 telekanalına müsahibəsində deyib.

“Biz Zelenskiyə deyəcəyik ki, indiyədək etdiyimizi etməyə davam edəcəyik. Yəni, silah tədarük edəcəyik, dəstək verəcəyik və Aİ-yə üzvlük yolunu təmin edəcəyik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna mübarizəni davam etdirib-etdirməyəcəyinə özü qərar verməlidir.

Sikorski həmçinin ABŞ prezidenti Donald Trampın diplomatik təşəbbüslərini “cəsarətli” adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol