Menu

"İsrail Süveyda vilayətinə birbaşa müdaxilə edir" - Suriya Prezidenti

17.08.2025, 21:19
"İsrail Süveyda vilayətinə birbaşa müdaxilə edir" - Suriya Prezidenti

İsrail Suriyanın Süveyda vilayətinə birbaşa müdaxilə edir. Cənub bölgəsinə müdaxilə üçün əsaslar axtarılır.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib.

O bildirib ki, Suriya üçün bölünmə təhlükəsi yoxdur:

"Suriyanı bölmək istəyənlər siyasi cəhətdən cahildirlər. Onlar xəyalpərəstdirlər. Bölünmək, demək olar ki, mümkün deyil. Üstəlik, Suriya cəmiyyəti parçalana biləcək bir cəmiyyət deyil. Bəzi bölgələrdə bunu dəstəkləyən fikirlər olsa da, həmin bölgələrin əhalisi bölünməyə qarşıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol