Menu

İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

17.08.2025, 23:09
İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

İsmayıllıda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Hadisə Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Kürdmaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblər.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol