Menu

İsraildə yüzlərlə etirazçı Netanyahunun partiyasının önünə toplaşıb

18.08.2025, 00:24
İsraildə yüzlərlə etirazçı Netanyahunun partiyasının önünə toplaşıb

İsrailin paytaxtı Tel-Əvivdə yüzlərlə etirazçı Baş nazir Binyamin Netanyahunun "Likud" Partiyasının qərargahının önünə toplaşıb.

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, Qəzzada müharibənin dərhal dayandırılmasını tələb edən etirazçılar partiya qərargahının qarşısında tonqal qalayıb.

Hazırda etirazçılarla polis arasında toqquşmaların yaşandığı bildirilir.

Təhlükəsizlik qüvvələri etirazçıların irəlilməsinin qarşısını almağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol