Menu

Suriyada vəziyyət gərginləşir - YPG/PYD- terrorçularına qarşı 50 minlik ordu göndərilir

18.08.2025, 12:06
Suriyada vəziyyət gərginləşir -  YPG/PYD- terrorçularına qarşı 50 minlik ordu göndərilir

Suriya ordusuna inteqrasiya olunması gözlənilən və özlərini SDG (Suriya Demokratik Qüvvələri) adlandıran YPG/PYD terror təşkilatları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bölgədə gərginliyin artmasına səbəb olub. 

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Şam hökuməti əməliyyat hazırlıqlarına başlayaraq, Rakka və Deyr əz-Zordan YPG/PYD terorçularından təmizləmək üçün 50 min əsgər göndərib.

Məlumata görə, əməliyyatın məqsədi terorçuları bölgədən çıxarmaqdır. 

Xatırladaq ki, martın 10-da Suriya hökuməti ilə PKK-nın Suriya qolu olan YPG/PYD arasında razılaşma imzalanmışdı. Həmin sənədə əsasən, YPG/PYD-yə bağlı silahlı qrupların Suriya ordusuna inteqrasiya olunması nəzərdə tutulmuşdu. Lakin ötən müddətdə YPG/PYD bu şərtlərə əməl etmədiyi kimi, əks addımlar atmağa davam edib.

Qərb mətbuatında yayılan məlumatlarda həmçinin qeyd olunur ki, amerikalı rəsmilər YPG/PYD rəhbərliyini xəbərdar edərək, Suriya hökuməti hücuma keçəcəyi təqdirdə beynəlxalq koalisiyanın onları qorumaq imkanının olmayacağını bildiriblər.

Məlumatlarda o da qeyd olunur ki, bölgədəki terrorçu qruplara qarşı çıxan ərəb tayfaları əməliyyata dəstək göstərəcək. Bildirilir ki, YPG/PYD-nin tərkibindəki 70 min silahlının təxminən 30 faizi ərəb əsillidir. Ekspertlərin fikrincə, əməliyyat başladığı halda bu döyüşçülərin də Suriya ordusunun tərəfinə keçməsi mümkündür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol