Ukrayna Kəşfiyyatı Rusiyanın işğalı altında olan Zaporojye vilayətinə bağlı Melitopol şəhərində kritik əməliyyat həyata keçirib.
Məlumata görə, rus ordusuna məxsus silah-sursat anbarı və hərbi personalın yerləşdiyi baza hədəfə alınıb.
Hüxumun ardından bölgədə güclü partlayışlar baş verib, böyük yanğın başlayıb.
İlk məlumatlara görə, aralarında dəniz piyadalarının və çeçen “Akhmat-Vostok” briqadasının pilotsuz uçuş aparatı heyətinin də olduğu ən azı altı rus hərbçisi məhv edilib. Rəsmi açıqlamalarda çox sayda ölü və yaralı olduğu bildirilsə də, dəqiq rəqəmlər hələ açıqlanmayıb.
"AzPolitika.info"


Şərhlər