Menu

General Abaçevin əli və ayağı amputasiya edilib - Ukrayna kəşfiyyatı

18.08.2025, 13:15
General Abaçevin əli və ayağı amputasiya edilib - Ukrayna kəşfiyyatı

Avqustun 17-nə keçən gecə Ukrayna müdafiə qüvvələri Kursk vilayətində, Rılski–Xomutovka magistral yolunda Rusiya ordusunun kolonuna zərbə endirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücum nəticəsində Rusiya qoşun qruplaşmasının “Sever” istiqaməti üzrə komandir müavini, general-leytenant Esedulla Abdulmuminoviç Abachev ağır yaralanıb.

Məlumata görə, yaralı hərbçi təcili olaraq hərbi-nəqliyyat aviasiyası vasitəsilə Moskvaya, Vişnevski adına Mərkəzi Klinik Xəstəxanaya aparılıb.

Alınan xəsarətlər nəticəsində Abachevin əlinin və ayağının amputasiya edildiyi qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol