Menu

ABŞ öz qoşunlarını Ukraynaya yerləşdir bilər - İDDİA

18.08.2025, 16:01
ABŞ öz qoşunlarını Ukraynaya yerləşdir bilər - İDDİA

ABŞ Prezidenti Donald Trampın müşavirlərindən biri Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ qoşunlarının yerləşdirilməsinin mümkün olduğunu istisna etməyib.

Bu barədə ABŞ-nin "Axios" nəşri məlumat yayıb.

Bundan əvvəl Tramp administrasiyasının rəsmiləri – dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff bildirmişdilər ki, 15 avqust Alyaska görüşündə Rusiya Prezidenti Vladimir Putin ilk dəfə ABŞ və Avropa müttəfiqlərinin Ukraynaya təhlükəsizlik zəmanətləri verməsinə razılıq bildirib. Bu, Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün nəzərdə tutulub.

Lakin digər müşavir qeyd edib ki, bu məsələ hələlik dəqiq deyil.

Rubio "NBC"-yə açıqlamasında bildirib ki, Ukrayna və Rusiya sülh əldə etmək üçün müəyyən güzəştlərə getməli olacaq:"Razılaşma əldə etmək üçün mümkün güzəştlər müzakirə oluna bilər, lakin bu məsələ ictimaiyyətə çıxarılmamalıdır, çünki daxildə problemlər yarada bilər”.

"AzPoltika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol