Menu

Mərkəzi Bank “Meta-Kapital”ın lisenziyasını dayandırıb

18.08.2025, 16:34
Mərkəzi Bank “Meta-Kapital”ın lisenziyasını dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi üçün “Meta-Kapital” MMC-yə verdiyi lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

Məlumata görə, şirkətdə aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulduğu, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq lisenziyanın qüvvəsi müvəqqəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol