Menu

"Azərbaycan qazının idxalını davam etdirə bilərik" - Ukraynanın energetika naziri

18.08.2025, 16:42
"Azərbaycan qazının idxalını davam etdirə bilərik" - Ukraynanın energetika naziri

Azərbaycan qazının Transbalkan dəhlizi vasitəsilə Ukraynaya nəqlini nəzərdə tutan pilot layihə artıq başa çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Svetlana Qrinçuk bildirib.

Onun sözlərinə görə, hazırda belə tədarükün davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır: "Hazırda danışıqlar aparırıq. Azərbaycan bu məsələdə maraqlıdır. Əgər müqavilə imzalansa, (qaz tədarükünü 2025-ci ildə də – red.) davam etdirəcəyik.  Amma hərbi risklər var. Çünki ruslar son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndiriblər”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol