Menu

“KREML BAKI İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASINDA MARAQLI DEYİL” - “Bu addımın əks-effeti olacaq...”

18.08.2025, 17:45
“KREML BAKI İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASINDA MARAQLI DEYİL” - “Bu addımın əks-effeti olacaq...”

“Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır”.

“AzPolitika” bildirir ki, bunu politoloq Elxan Şahinoğlu Odessada SOCAR-a məxsus enerji infrastruktrunun növbəti dəfə dron hücumuna məruz qalmasını şərh edərkən bildirib.

Ekspert hesab edir ki, SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq:“Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik trasformatorları göndərildi”.

E.Şahinoğlu hesab edir ki, rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. 

“Kremlin rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər.

Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə gərginlik daha da artır. Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”, - politoloq vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol