Menu

Rusiya ordusu Donetsk vilayətinə hücum edib - Ölənlər və yaralananlar var

18.08.2025, 23:46
Rusiya ordusu Donetsk vilayətinə hücum edib - Ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri avqustun 18-də Donetsk vilayətinin iki şəhərinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

Hücum nəticəsində 4 nəfərin öldüyü, 7 nəfərin yaralandığı qeyd edilir. Zərərçəkənlərə tibbi yardım göstərilir. Həkimlər bəzilərinin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol