Bir müddətdir ictimaiyyət arasında görünməyən ABŞ Prezidenti Donald Trampın yeni görüntüsü yayılıb. 

Təxminən bir həftədir rəsmi proqramda iştirak etməyən və mediadan uzaq olan 79 yaşlı Tramp dünən ilk dəfə ABŞ-də görüntülənib. Dünən çəkilən fotoda Trampın solğun və enerjisiz görünüşü diqqət çəkib.

Qeyd edək ki, Tramp son aylarda sağlamlıq problemləri ilə tez- tez gündəmə gəlir. Əlindəki yaralar və ayağındakı şişliklər səbəbindən Trampın ciddi sağlamlıq problemləri yaşadığı deyilir. 

"AzPolitika.info"