"Çox böyük ehtimalla söyləmək olar ki, yaxın aylarda vətəndaşları ictimai nəqliyyatda və kommunal xidmətlərdə qiymət artımı kimi “xoş sürprizlər” gözləyir".
"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı- ekspert, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli sosial şəbəkə hesabından paylaşım edib.
İqtisadçı qeyd edib ki, hökumət bu yolla azalan gəlirləri kompensasiya etməyə çalışır, amma, anlamır ki, rəsmi məlumatlara görə əhali zatən xərclədiyi hər bir manatın 50 qəpiyini ancaq ərzağa sərf edir - bu isə kasıblıq göstəricisidir.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb. Bu ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7 %-i ərzaq məhsullarının alınmasına sərf olunub.
Xatırladaq ki, bu günlərdə yerli mətbuatda metro və avtobusda gediş haqqının artıralcağına dair xəbərlər yayılmışdı. Xəbərə görə, yaxın aylarda metro və avtobusda gediş haqqı məbləği 1 manat olacaq.
"AzPolitika.info"

Şərhlər
Düzdür dünyada hər şeyin sonu var. Ancaq bu son tez olsa yzxşı olardı
Azərbaycan-türk xalqı sürünür. Allah da Azraycandan üz çevirib.Ölkə bir qrup mafioz məmurun əllində qalıb...
Milləti meşoğa yığıblar. Bir qalıb aparıb dənizə atmaq
CEHENNEMEKI..........
Hökumətlə xalq arasındakı bu uçurumu kim və niyə yaradıb ?
Alternativ Respublikaçı İqtisadçı Ekspert də Hökumət kimi yeni dünyəvi rəqabətli istehsal kompleksləri üçün yüksək sərmayə gəliri illərini nəzərdən qaçırıb ki, əmək qabiliyyətli əhalinin yarıdan çoxu sənaye istehsalından kənarda qalıb və vergi ağırlığı qiymətlərin artımı ilə *unudulmuş* əhalinin üzərinə düşüb? Ölkə isə texniki tərəqqidən məcazi-mədəni dildə *istehsalçı* dan *istemalçı*ya geriləyib?
Hər şey yaxşı olacaq
Cənab cəfərli unudur ki.əhalinin gərləri ilə qəymət artımı katastrofik həddə fərqli plduğundan insanlar normal qidalana bilmir və lazım olan kalorini almır.bu da bir başa əhalinin sağlamlığına və ömr uzunluğuna təsir edir.ona görə göstrdiyniz rəqəmərin normativ qidalanma həddi və bahalaşan qiymətər nəzərə alınmaqla hesab etsəniz daha doğru olar.Bu zaman ölkədə xalqın yaşam səviyyəsi daha aydın ortaya çıxar.
Niyə əhali yaddan çıxıb? ...