Menu

"Dünya xaosa sürüklənir" - Quterreş

23.09.2025, 17:27
"Dünya xaosa sürüklənir" - Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında etdiyi tarixi çıxışında qlobal sistemlə bağlı ciddi xəbərdarlıqlar səsləndirib.

Quterreş bildirib ki, təşkilatın yaranmasının 80-ci ilində dünya quruluşu böyük sınaqlarla üz-üzədir.

“BMT prinsipləri mühasirə altındadır, sülh və tərəqqinin təməli çökür. 80 il əvvəl qurucuların qarşılaşdığı eyni çətinlikləri biz də yaşayırıq”, -deyə o qeyd edib.

Baş katib beynəlxalq sistemdə çoxtərəfliliyin vacibliyini vurğulayıb və əlavə edib ki, effektiv çox tərəfli institutlar olmadan dünya xaosa yuvarlanacaq.

Çıxışında beynəlxalq hüququn üstünlüyünə diqqət çəkən Quterreş deyib:"Seçimimizi aydın şəkildə etməli və beynəlxalq hüququn zəruriliyini təsdiq etməliyik".

BMT Baş katibi müzakirələrin əhəmiyyətinə toxunaraq əlavə edib:“Burada danışılan mövzu milyonlarla insan üçün həyat və ölüm məsələsidir".

Quterreş bəzi dövlətlərin beynəlxalq hüquq qaydalarını pozduğunu vurğulayıb:“Dövlətlərin özlərinə qaydaların tətbiq olunmadığını düşündüyünü görürük. Cəzasızlıq – yəni ədalətdən yayınma – fəsad və xaosun əsas səbəbidir".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol