Menu

RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! (ŞOK)

14.10.2025, 22:23
RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! (ŞOK)

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. 

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Şərhlər

Moshu 2025-10-15 16:19:32

Fəzail Ağamalını qınayıram. Ramiz Mehdiyevin ayağı büdrəyən kimi hamı qəhrəman olur. Milli Məclisin iclaslarında bu məsələni səsləndirə bilməzdimi, yoxsa cürdəyi oynayırdı? Uzuntəhlildən və analizdən sonra o qənaətə gəldim ki, Prezidentimiz çox ağıllı, uzaqgörən dövlət adamıdır. Onun xarici siyasətinə heç kim irad tuta bilməz. Gəlin etiraf edək, ölkənin daxili heç də xoşagələn vəziyyətdə deyil. Korrupsiya, rüşvət baş alıb gedir, burada da tarazlıq pozulur və onun gördükləri bütün işlərin üzərinə kölgə düşür. Gələk əsərin baş qəhrəmanı Ramiz Mehdiyevə. Tam səmimiyyətlə deyim ki, dövlət qulluğunda olan dövrdə də onu heç cürə qəbul edə bilməmişəm. Bu adam qeyri-rəsmi dövlət başçısı imici yaratmışdı. Hüzr məclisində mən də iştirak etdiyim zaman salonda səs-küy yarandı. Vəziyyətin nə yerdə olduğunu anlayana kimi xəbər yayıldı ki, Ramiz Mehdiyev gəlir. Zalda nə qədər adam var idisə (nazirlər, komitə sədrləri, idarə rəisləri) hamısı ayağa qalxdı, o, gedib yerində oturana qədər 5-10 adamı çıxmaq şərti ilə hamı ayaq üstə qaldı. Ramiz Mehdiyev oturandan sonra hamı yerində oturdu. “Yasına yığımuş ölü də bu mənzərəyə mat qaldı”. ALLAH şahiddir ki, yazdıqlarım həqiqətdir. Bir daha qayıdaq əsərin baş qəhrəmanına. Ötən əsrin 90-cı illərində Parlamentin iclasında deputat Tahir Kərimli rəhmətlik Heydər Əliyevə xitabən dedi ki, Heydər müəllim, vaxtı ilə binların gözünün odunu elə almısınız ki, bu gün də deputatlar o qorxunu öz üzərlərində hiss edirlər. Bəli, Ramiz Mehdiyev bu məmurların gözünün odunu elə alıb ki, vəzifədə olan məmurlar bu gün də ondan çəkinirlər, bir çoxları bu gün də ona qulluq edirlər. Dəfələrlə qeyd etmişəm ki, Prezident Administrasiyasının bir çox vəzifəli (kifayət qədər layiqli kadrlar da var) şəxsləri bu gün də Ramiz Mehdiyevin kurasiyasındadır, daha doğrusu ona qulluq edirlər. Ölkə başçısı süpürgəsini işə salmasa hələ çox Ramiz Mehdiyevlər meydana çıxacaq. DTX-nın belə məsələlərin araşdırılmasında rolu əvəzsizdir. Bir sual ortaya çıxır, necə oldu ki, Ramiz Mehdiyev faktoru Rusiya-Azərbaycan münasibətlərinin pisləşdiyi fonda ortaya çıxdı. O fikirdəyəm ki, Putin İlham Əliyevlə münasibətlərə istilik gətirsin deyə Ramiz Mehdiyevi qurban verdi. Əgər Ramiz Mehdiyev ən murdar işlərin başında durursa, ondan tərbiyə almış övladları nə cür dövlətə xidmət edə bilərlər? Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavinidir (guya Kəmaləddin Heydərov bilmir ki, Ramiz Mehdiyev hansı yuvanın quşudur). Bu Teymur Mehdiyev hansı ağılın sahibidir ki, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini, 2006-2011-ci illərdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, 2014-cü il 5 may tarixindən isə Fövqəladə Hallar nazirinin müavinidir, digər oğlu Ülvi Mehdiyev isə öncə Prezident Administrasiyasının hüquq mühafizə şöbəsinin əməkdaşı olmuş, daha sonra ASAN xidmətin rəhbəri təyin edilmişdir. Bu qeyd etdiklərim jurnaldı, kinosu ardınca gəlir. Cənab Prezident bu məsələlərə aydınlıq gətirməsə bizi “işıqlı gələcək” gözləyir.

Davudov 2025-10-15 15:37:09

Əlaa. Onu çoxdan həbs etmək lazım ıdı. Ama oldu . ALLAH a şükürlər olsun

Coşqun 2025-10-15 12:33:23

Ramiz Mehdiyevin miliyyəi nədir?Əgər o Azəraycanl ıolsa idi bu qədər acgözlük eməzd iEhtimalki, yezidi kürd kökənlidir.

nemat 2025-10-15 11:28:27

cox gec oldu tesekkur Cenab Prezident Tesekkur DTX veten xaini rus digasini hebs etmek lazimdi neinki ev dustagi dovlete ne qeder ziyan vurub bu nankor

Amon 2025-10-15 11:27:14

Necmeddin Sadiqovu tutmaq lazimdi bunun 90 yasi var bunnan sonra ne gucu var ki nese elesin

Rey. 2025-10-15 09:24:52

Bu 33 ilde bunu niye gormeyibler, bu adamin vurdugu ziyanlar Azerbaycan cemiyetine vurdugu ziyandir

Rasim Quliyev 2025-10-15 08:11:18

Sual vermek lazimdir dovlet memuru Ola Ola bu qeder emlaki,banki,biglari,torpaqlari hardan elde etmisen demek pensiya ile qazanmisham

Roma 2025-10-15 07:52:19

"Biz bu vəzifəyə, nailiyyətlərə Sizin sayənizdə, himayənizdə çatmışıq. Sizsiz biz kimik ki???"...Abel Məhərrəmovun Ramiz Mehdiyevin nəvəsinin toyundakı çıxışından sitat...

Ss 2025-10-15 04:49:40

87 yashi var, Oqlu men bileni FHN mavindi

Rasim Quliyev 2025-10-15 00:38:35

Boz kardinal hebs olundu??

Azər 2025-10-14 23:34:00

Çox gec oldu , amma oldu… Bu maddələrlə, normal habs qərarı seçilməli idi…
Allah Böyükdür!!!!

Terlan 2025-10-14 22:57:55

Dövlətimizə xəyanət?Ev dustaqlıgıda nə demək,anlayamadım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol