Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı şəklində qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması) maddələri üzrə ittiham irəli sürülüb.
“AzPolitika”nın məlumatına görə, bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı MediaTürk TV-nin efirində qonaq olarkən Ramiz Mehdiyev haqqında fikirlərini bölüşüb.
Fəzail Ağamalı bildirib ki, Ramiz Mehdiyev uzun illər çox böyük səlahiyyətlərə malik şəxs olub. Onun olduğu mühitdə bir çox insanlar ehtiyatla davranır, hətta bəziləri onun qarşısında dayanarkən əllərini cibindən çıxararaq kənarda sakitcə gözləyir, onun göstərişlərini gözləməyə üstünlük verirdilər.
"Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm. Moskva onu prezident eləmək istəyirdi. Prezidenti isə xalq seçməlidir. Xalqın etimadı da Heydər Əliyevə idi. Heydər Əliyevin siyasi kursunu davam etdirən hakimiyyətə gəlməliydi. Digərlərinin əksinə olaraq mən Ramiz Mehdiyevin üzərinə getdim. Qəzetlərin birində onu açıq şəkildə xəyanətkar adlandırdım. Biz 20 Yanvarda o qədər şəhid verdik ki, yenidən Kremlin boyundurağı altına girək?", - Fəzail Ağamalı bildirib.

Şərhlər
Fəzail Ağamalını qınayıram. Ramiz Mehdiyevin ayağı büdrəyən kimi hamı qəhrəman olur. Milli Məclisin iclaslarında bu məsələni səsləndirə bilməzdimi, yoxsa cürdəyi oynayırdı? Uzuntəhlildən və analizdən sonra o qənaətə gəldim ki, Prezidentimiz çox ağıllı, uzaqgörən dövlət adamıdır. Onun xarici siyasətinə heç kim irad tuta bilməz. Gəlin etiraf edək, ölkənin daxili heç də xoşagələn vəziyyətdə deyil. Korrupsiya, rüşvət baş alıb gedir, burada da tarazlıq pozulur və onun gördükləri bütün işlərin üzərinə kölgə düşür. Gələk əsərin baş qəhrəmanı Ramiz Mehdiyevə. Tam səmimiyyətlə deyim ki, dövlət qulluğunda olan dövrdə də onu heç cürə qəbul edə bilməmişəm. Bu adam qeyri-rəsmi dövlət başçısı imici yaratmışdı. Hüzr məclisində mən də iştirak etdiyim zaman salonda səs-küy yarandı. Vəziyyətin nə yerdə olduğunu anlayana kimi xəbər yayıldı ki, Ramiz Mehdiyev gəlir. Zalda nə qədər adam var idisə (nazirlər, komitə sədrləri, idarə rəisləri) hamısı ayağa qalxdı, o, gedib yerində oturana qədər 5-10 adamı çıxmaq şərti ilə hamı ayaq üstə qaldı. Ramiz Mehdiyev oturandan sonra hamı yerində oturdu. “Yasına yığımuş ölü də bu mənzərəyə mat qaldı”. ALLAH şahiddir ki, yazdıqlarım həqiqətdir. Bir daha qayıdaq əsərin baş qəhrəmanına. Ötən əsrin 90-cı illərində Parlamentin iclasında deputat Tahir Kərimli rəhmətlik Heydər Əliyevə xitabən dedi ki, Heydər müəllim, vaxtı ilə binların gözünün odunu elə almısınız ki, bu gün də deputatlar o qorxunu öz üzərlərində hiss edirlər. Bəli, Ramiz Mehdiyev bu məmurların gözünün odunu elə alıb ki, vəzifədə olan məmurlar bu gün də ondan çəkinirlər, bir çoxları bu gün də ona qulluq edirlər. Dəfələrlə qeyd etmişəm ki, Prezident Administrasiyasının bir çox vəzifəli (kifayət qədər layiqli kadrlar da var) şəxsləri bu gün də Ramiz Mehdiyevin kurasiyasındadır, daha doğrusu ona qulluq edirlər. Ölkə başçısı süpürgəsini işə salmasa hələ çox Ramiz Mehdiyevlər meydana çıxacaq. DTX-nın belə məsələlərin araşdırılmasında rolu əvəzsizdir. Bir sual ortaya çıxır, necə oldu ki, Ramiz Mehdiyev faktoru Rusiya-Azərbaycan münasibətlərinin pisləşdiyi fonda ortaya çıxdı. O fikirdəyəm ki, Putin İlham Əliyevlə münasibətlərə istilik gətirsin deyə Ramiz Mehdiyevi qurban verdi. Əgər Ramiz Mehdiyev ən murdar işlərin başında durursa, ondan tərbiyə almış övladları nə cür dövlətə xidmət edə bilərlər? Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavinidir (guya Kəmaləddin Heydərov bilmir ki, Ramiz Mehdiyev hansı yuvanın quşudur). Bu Teymur Mehdiyev hansı ağılın sahibidir ki, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini, 2006-2011-ci illərdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, 2014-cü il 5 may tarixindən isə Fövqəladə Hallar nazirinin müavinidir, digər oğlu Ülvi Mehdiyev isə öncə Prezident Administrasiyasının hüquq mühafizə şöbəsinin əməkdaşı olmuş, daha sonra ASAN xidmətin rəhbəri təyin edilmişdir. Bu qeyd etdiklərim jurnaldı, kinosu ardınca gəlir. Cənab Prezident bu məsələlərə aydınlıq gətirməsə bizi “işıqlı gələcək” gözləyir.
Belə məşhur bir deyim var: insanları yaxşı tanıdıqca itlərə hörmətim daha da artır. Bu baxımdan Fəzail Ağamalını qınayıram. Ramiz Mehdiyevin ayağı büdrəyən kimi hamı qəhrəman olur. Milli Məclisin iclaslarında bu məsələni səsləndirə bilməzdimi, yoxsa cürdəyi oynayırdı? Uzuntəhlildən və analizdən sonra o qənaətə gəldim ki, Prezidentimiz çox ağıllı, uzaqgörən dövlət adamıdır. Onun xarici siyasətinə heç kim irad tuta bilməz.... Gələk əsərin baş qəhrəmanı Ramiz Mehdiyevə. Tam səmimiyyətlə deyim ki, dövlət qulluğunda olan dövrdə də onu heç cürə qəbul edə bilməmişəm. Bu adam qeyri-rəsmi dövlət başçısı imici yaratmışdı. Hüzr məclisində mən də iştirak etdiyim zaman salonda səs-küy yarandı. Vəziyyətin nə yerdə olduğunu anlayana kimi xəbər yayıldı ki, Ramiz Mehdiyev gəlir. Zalda nə qədər adam var idisə (nazirlər, komitə sədrləri, idarə rəisləri) hamısı ayağa qalxdı, o, gedib yerində oturana qədər 5-10 adamı çıxmaq şərti ilə hamı ayaq üstə qaldı. Ramiz Mehdiyev oturandan sonra hamı yerində oturdu. “Yasına yığımuş ölü də bu mənzərəyə mat qaldı”. ALLAH şahiddir ki, yazdıqlarım həqiqətdir. Bir daha qayıdaq əsərin baş qəhrəmanına. ... Ramiz Mehdiyev bu məmurların gözünün odunu elə alıb ki, vəzifədə olan məmurlar bu gün də ondan çəkinirlər, bir çoxları bu gün də ona qulluq edirlər. Dəfələrlə qeyd etmişəm ki, Prezident Administrasiyasının bir çox vəzifəli (kifayət qədər layiqli kadrlar da var) şəxsləri bu gün də Ramiz Mehdiyevin kurasiyasındadır, daha doğrusu ona qulluq edirlər. Ölkə başçısı süpürgəsini işə salmasa hələ çox Ramiz Mehdiyevlər meydana çıxacaq. ... DTX-nın belə məsələlərin araşdırılmasında rolu əvəzsizdir. Bir sual ortaya çıxır, necə oldu ki, Ramiz Mehdiyev faktoru Rusiya-Azərbaycan münasibətlərinin pisləşdiyi fonda ortaya çıxdı. O fikirdəyəm ki, Putin İlham Əliyevlə münasibətlərə istilik gətirsin deyə Ramiz Mehdiyevi qurban verdi. Əgər Ramiz Mehdiyev ən murdar işlərin başında durursa, ondan tərbiyə almış övladları nə cür dövlətə xidmət edə bilərlər? Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavinidir. Bu Teymur Mehdiyev hansı ağılın sahibidir ki, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini, 2006-2011-ci illərdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, 2014-cü il 5 may tarixindən isə Fövqəladə Hallar nazirinin müavinidir.....