Keçmiş deputat Gülər Əhmədova sosial şəbəkə hesabında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov haqqında geniş və ifşaedici paylaşım edib.
“AzPolitika” xəbər verir ki, G.Əhmədova Abel Məhərrəmovun illərlə Ramiz Mehdiyevin himayəsində fəaliyyət göstərərək həm akademik, həm də maliyyə baxımından böyük imkanlar əldə etdiyini iddia edib. O, qeyd edib ki, Abel Məhərrəmov hələ 2020-ci ildə Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində bu yaxınlığı açıq şəkildə təsdiqləmişdi: “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”, – deyə Abel Məhərrəmov tədbirdə söyləmişdi.

Gülər Əhmədova yazıb ki, Məhərrəmovun bu sədaqəti təsadüfi deyildi, çünki o, məhz Ramiz Mehdiyevin kölgəsində qalaraq saysız-hesabsız təltiflərə, fəxri adlara və mükafatlara sahib olmuşdu.
Keçmiş deputatın paylaşımında Abel Məhərrəmovun 1999–2017-ci illər ərzində aldığı 50-yə yaxın mükafatın və fəxri adların tam siyahısı da yer alır.
Gülər Əhmədova daha sonra yazıb ki, Abel Məhərrəmovun 19 il rektor olduğu dövrdə onun təkcə övladları deyil, “bütün nəsli və kökü bu fürsətdən kifayət qədər yararlanıb”. O, əlavə edib ki, bu illər ərzində “yanan kasıb ailələrin tələbə balaları” olub. G.Əhmədova xatırladıb ki, 2014-cü ildə BDU-nun IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini və bunun əvəzində ondan 70 manat rüşvət istənildiyini açıqlamışdı. Onun sözlərinə görə, həmin açıqlamadan sonra Abel Məhərrəmov tələbəni məhkəməyə vermişdi. “Amma rüşvətin var olduğunu təkcə Ramilə demədi, bütün Azərbaycan bilirdi”, – G.Əhmədova vurğulayıb.
Keçmiş deputat əlavə edib: “İndi sabah Abel Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, inanmayın! Çünki Abelin arxasında Ramiz durmasaydı, Abel bu qədər sərvət toplaya bilməzdi”.
G.Əhmədova qeyd edib ki, Abel Məhərrəmovun sərvətləri və mülkləri sadəcə bir universitet rektorunun gəlirləri ilə izah oluna bilməz. O, A.Məhərrəmova və ailəsinə məxsus olduğu iddia edilən əmlak və biznes obyektlərinin siyahısını da açıqlayıb:
“El Faro Hotel Nabran” – ailəvi istirahət mərkəzi, 200 hektar ərazidə, 61 milyon manat dəyərində, qızı İzabellanın adına qeydiyyatdan keçib.
“Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biri, 12 milyon manat dəyərində (ünvan: Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, 1596).
“İzabella” şadlıq sarayı – “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, 23 milyon manat dəyərində.
Bakının 11 müxtəlif ərazisində SPA və idman salonları, hər biri 4–7 milyon manat arası dəyərləndirilir.
“Sahil” ticarət mərkəzində yerləşən “Ramsey” brend mağazası (İtaliya və Türkiyə istehsalı kişi kostyumları satışı).
Əhmədova qeyd edib ki, Abel Məhərrəmovun şəxsi avtomobil qarajı da milyarder səviyyəsindədir. Onun dediyinə görə, burada bu markalar yer alır: “Lamborghini, Bentley, Porsche Cayenne, Land Rover, Mercedes AMG (zirehli, 1 milyon 800 min avro dəyərində), Audi Q7, Audi Q8 (450 min avro), Mercedes Gelandevagen (250 min avro), BMW X6 (200 min avro), BMW 760 (400 min avro).”
Bundan əlavə, Gülər Əhmədova Abel Məhərrəmovun mülk və daşınmaz əmlaklarının geniş siyahısını da açıqlayıb:
Binəqədi rayonu (“Vorovski”) ərazisində 2 villa; Quba, Xızı, Nabran, Şüvəlan və Mərdəkan qəsəbələrində villalar;
AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində ev;
Şərifzadə küçəsində mənzil;
Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası;
8-ci mikrorayonda restoran;
Nəriman Nərimanov heykəli yanında dəyəri 1 milyon manatdan çox olan mənzil.
Paylaşımın sonunda Gülər Əhmədova yazıb: “Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 il qoruyub?”
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Sanma daim doğruluq hökm eləyib cahana,
Fitnə-fəsad, oğurluq hökm eləyib cahana.
Nizami Gəncəvi. "Sirlər xəzinəsi".
Bu qədər yazırsnız.Amma heç yazan yoxdur i,necə olub ki Mehdiyv,Abel və digərləri,onlar çoxdurillərlə öz əmələrin necə edibər.Onları kim və niyə himayə edib ki.illərlə oyunlarını davam etdriiblər.O kimdir və niya adı hallanmır?
Abel savandan çok uzak rüşvetxor un biridir Rüşvet aldığı yetım uşaqların şehıd övladlarının ahıdı onu tutan Ar olsun
Sen ozun mandat alveri elemirdin elsadnan bu milyon ora catacaq bu milyon bura catacaq goruntuler var ancaq yene de susmurlar gor ne gunlere qaldiq.demek ki utanmaq hissini Allah her kese vermeyib yaziqlar
Belə əcayib,naftalin iyi verən sifətlərə baxmaqdan bezdik.
İstər Ramiz, istərsədə Abel və ya Gülərin Azərbaycan Xalqına, Millətinə, Dövlətinə necə deyərlər heç bir xeyirləri yoxdur, ziyandan başqa...belə ki, Ramiz Mehdiyevə jurnalist sual verir ki, Qarabağı almışıq bu münasibətlə sizin fikriniz, cavabı bu olur ki, mənə belə sual vermə. Abelə tələbə qız şikayət edir ki, məni bildiyim halda kəsirlər və rüşvət istəyirlər, bu "akademik" də cavab verir ki, səni qovduraram. Gülərə gəldikdə isə deyir ki, mənə qarşı hamı haqsızlıq edib, bəs mən, Dövlətimiz üçün xeyli yaxşı işlər görmüşəm və s... Bəli sən qadın olduğun halda, Dövlətçiliyə qarşı ən pis işləri görmüsən, belə ki, deputat mandatı alveri, nə qədər inkar eləsən də, Respublika Uşağ Təşkilatına Dövlət və Qeyri Dövlət tərəfindən ayrılan vəsaitlərin "qapazlanması", Yasamal yayonundakı tikintilərdən mənzillərin podratçılardan zor-xoş əllərindən alınması və s...
Gülər xanım sənin hansı əmlakların var onuda say!!! Sənədə vaxt çatacaq!!!deputatların hamısının milyardları var,hamısında haram pul yığıblar!!!
Abel hec , hami bilir bunnar kimfi, bes siz qüler xanim? Elshadi deputat elemek isteyirdiz ,,, neciye? Kime catasiydi pul? Qülmelidiye Vallahi,,, esl komedixanadiyeee
Abel hec , hami bilir bunnar kimfi, bes siz qüler xanim? Elshadi deputat elemek isteyirdiz ,,, neciye? Kime catasiydi pul? Qülmelidiye Vallahi,,, esl komedixanadiyeee
Abel m oğlun sefir olmaq üçün nə qədər pul vermisən ??
Tək bunlar yox, elə hamı belədir.
Millət artıq bunların ikiüzlülüklərinə ,yaltaqlığına ,şərxata olduqlarına o qədər şahid olub ki ,artıq iyrənir ,söyün qoca zavallını ,özü kimi zibilləri vəzifəyə gətirib
Biz bir millət və dövlət olaraq ramiz mehdiyevləri söyməli deyilik, onların haradan və necə peyda olduqlarını və Azərbaycana necə sırındığlarının mexanizmini öyrənməli, onları əvvəlcədən aşkar etməliyik, sonradan "ocağı söndürüb külü ilə oynamalı deyilik", onda çox gec olur, hələ neçə ramiz mehdiyevlər Azərbaycanda iş başındadır, onu bir ALLAH bilir...
bunlar hamısı simasız quldurlar imiş. bu adamcıqlara görə elm də bu gündədir
Qarışıq millilər ölkəni talan etdilər...
Gülər Əhmədova, "Dövlətçiliyə xidmət edən, eks deputat, eks Uşaq Təşkilatının sədri, eks BDU-nun alim-müəlliməsi və s. və i..."...danışmasan yaxşıdır...
Bu xanıma onda semimi Xalqını seven şexs demek olar ki bu gün milletin qanını soran memurlardan yazsın.
Bu milletin millet vekilleri ne gündeymiş ,hansını dindirirsen esl sifetini gösterir ....Ne gündeyik ay Allah.Ehmed Ağaoğlunu Hesenbey Zerdabinin defn merasimşndeki fikirleri yada düşür.
Bu xanımın özü de adı çekilenlerden geri qalan deyil .Nırmal xanım bu qeder hadiselerden sonra dilini sakit saxlamalu idi .Bu ise istediyine nail ola bilmediyinden indi dayanmır ancaq başa düşmür ki qatar artıq çıxdan gedib,sakit ol ay Xanım Sen de melek deyilsen sakitlel.
Abel addı özü çox şey deyir. Onun milliyəti kimdir Allah bilər
Abel addı özü çox şey deyir. Onun milliyəti kimdir Allah bilər