Menu

Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

22.10.2025, 10:05
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin iyul ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağını açıqlamışdı.

"Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır", - deyə AMB bəyan edib.

Şərhlər

Vətəndaş 2025-10-22 13:14:58

Azəraycanda valyutanın sərbəst , dəyişilmədən (.yəni 1dolları+=1. 7manat ) olması halaında inflyasiya bazar qiymətlərinə əsasən hesablanmalıdır. belə yanaşma doru olar..Kabinetdə oturub rəqəm yazmaq doğru deyil.

Samir 2025-10-22 10:31:55

Bu ölkənin maliyyəsini idarə edənlərin iqtisadiyyatdan başı çıxmır. Sadə adamlarda bilir ki, ölkədə hər il ən azı 80% inflyasiya var. Qiymətlərin artımı bunu göstərir. Bizim "başbilənlər" isə inflyasiyanı hansı meyarla ölçürlər bilinmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol