Menu

AĞAMALILARIN PARTİYASINDA BİABIRÇILIQ - Ata oğlunu qovdu, qızını isə... + VİDEO (Yenilənib)

25.10.2025, 22:32
AĞAMALILARIN PARTİYASINDA BİABIRÇILIQ - Ata oğlunu qovdu, qızını isə... + VİDEO (Yenilənib)

Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.

Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.

Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

Məlumatı Fəzail Ağamalı saytımıza təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:

“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.

Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:

“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”. /“Qafqazinfo”

Şərhlər

Fəzail-ə 2025-10-27 19:30:35

Fəzail ,bu vallah ayıbdır. Get özünə uyğun.yaraşan məşğulat tap.Partya işi sənikdeyil.olun yarısından qayıtmaq da xeyrdir.uşaqların da yazqdırOnarı da belə qaranlq işlərə qatıb bədbəxt etmə!

Oxucu. 2025-10-27 09:31:58

Əslində belə " geydirmə" partiyalar çoxdur bunlar gec- tez özlərini ifşa edəcəklər,onlardan biri S.Rüstəmxanlı və xanımı Tənzilə rayonu sanki özəlləşdiriblər bir gün Sabir deputat olur səhərisi Tünzalə.

Fuad 2025-10-27 09:30:39

Gözəl və uyğun kommentlərdir.Lap Fəzailin boyuna.əməllərinə biçilibdir.Beləatanın da beə,özünə bənzər oğlu olması təbiidir.O evdə elə görüb.

Tt 2025-10-27 04:49:05

Bosh vedredıler ((( bıldızde

Rafiq 2025-10-26 23:09:21

F.Ağamalı Milli Məclisdə Hüseyn Abdullayevə yumruq atdı, Abdullayevi cəzalandırdılar. Yəqin hesab edir ki, Partiyada da oğluna kəllə atsa oğlunu cəzalandıracaqlar. Ancaq bu dəfə elə olmayacaq, özünü cəzalandıracaqlar. Bunun bilməmiş olmaz. O, seki qabağı kompaniyada xalqın ona qarşı reaksiyasından nəticə çıxarmalıdır. İmkan verməlidir ki, partiyada kimi istəyirlərsə o seçilsin.

Ramil 2025-10-26 20:31:25

Burada məsələ seçki deyil.Ailə partiası olduğuna əyani sübutdur.Bir diqqət edin! übahisəedənlərkimlərdir.Ağamalı ailəsinin üvəri.Bunun nədən xəbər verdiyiinə,ölkədə siyas durumun necə olduğuna.ölkəniin necə idarə olunmasna və MSK-nın saxtaarığına,ölkədə dövlət nəzarətinin vəziyyətinə və bir sıra başqa problemlərin mövcudlğuna dəlilərdir.

Cəmşid Dərələyəzli 2025-10-26 17:55:58

Deyən yoxdu, ay bədbəxt zatən iki cüt bir tək üzvün vardı. Onu da elə evdə bişirəydin, day bu qədər də özünü və ailəni rəzil etməzdin.

Firudin 2025-10-26 13:06:21

Fəzail ağa bu biabırılığa dözməlidir,yoxsa intihar etmlidir?Bax bu dilrema qarşısında niyə qalıb?Yoxsa əkdiyinin məhsuunu yığır?Şəxsiyyət yaxşı şeydir.

Oxucu 2025-10-26 12:15:50

Hökmən Sədr Ağamalı soyadlı olmalıdır?

Baba 2025-10-26 11:03:19

xalqdan oğurlanmış pul qudurdub bunları indi bir bitini yeyirlər

Sakit 2025-10-26 10:53:30

bu partiya əslində fəzailin nə qızına nə də oğluna lazım olmazdı əgər müxalifət adı ilə parlamentə soxulmaq şansı olmasaydı və ayda 7000-8000 məvacib məsələsi olmasaydı..dava bunun davasıdı, başqa bir şey deyil..

Vüqar - Anar 2025-10-26 10:31:17

Fəzail Ağamalıyev çox saxtakar adamdır.
Oğluda özünnən geri qalmır.
Dəhşətli bir şeydir. Ömür boyu saxta bir ömür yaşa. Sonundada belə.....

Loğman 2025-10-26 10:30:39

Fiktiv partiyaların siması budur! Ailəsini idarə etmyyi bacarmayan partiya yaradıb..Dəhşət !Gör kimlər bizi idarə etməkdədir.Biabırılıq.Hələir qızını da deputat soxuşdurub.Malades Məzahirə!Gözəl MSK.Bəs Hakimiyyət hara baxır?

Sakit 2025-10-25 22:34:06

Azərbaycanda demokratiyanın ilk cücərtiləri...amma "əcaib" demokratiyanın.

miri 2025-10-25 19:38:38

Analoqsuzstanda işıqları söndürmək ilə "seçki" yapmaq təcrübəsi bəhrəsini verir. Bu təcrübənin dünyanın digər ölkələrində də yaymaq lazımdır.)))

Vətəndaş 2025-10-25 19:18:18

Bu partiyanın işini.hər hansıfəaliyyətini görən.hiss edən eşidən varmı? Belə adı möhtəşəm özü sıfor olan partiya adıyazanar kim vənəyə xidmət edir?Belə partiyaların saxlanmasının məqsədi demokratiyanı boğmaq,büdcədn pu lyemək və xalqı aldatmaqa xidmət etdiyinin sübuta ehtiyacı yoxdur,Qapadılmalıdır!'

Sabir 2025-10-25 18:50:52

Fəzail Ağamalının özü nədir ki, partiyasıda nə ola? Adam öz ailəsini idarə edə bilmirsə ondam nə gözləmək olar. Biabırçılığın son həddidir.

Aslan 2025-10-25 18:41:33

Bir klanın daxili didişmələri. Millətə yox özlərinə vəkillik etməyi bacarsınlar. Mandat əyri yollarla alınanda belə olur.

Arif jmuallim 2025-10-25 18:41:26

Fezailin omur boyu saxta ,biabirci,yalanlarinin neticesidi bu.Bu 35 ile yaxin yadiniza salin ne qeder onun eteafinda olan deyerli insanlri ayaga verdi.Indi dogma oglu,atasinin saxta hereketlerini yox deyir.Atalar demişken:Ne ekersen onu da bicersen.Sonlug biabirci oldu

Bəhrami 2025-10-25 17:52:55

Partiya Cəmiyyətin yekdilliklə ümumxalq rifahına aparan cərəyan birliyidir. İki nəfər arasında bölüşmə mümkün deyilsə, digər şərəf, şöhrət, peşkəş naminə cəmin mənafeyini rəqibə-düşmənə bağışlama mövqeləri də istisna olmur?

Rasim Quliyev 2025-10-25 16:02:03

Kreslo davası deyil pul davasıdır

Eldeniz 2025-10-25 15:47:34

Eger sizin partiya bir sedr secmeyi aralarinda razilasdira bilmirse bes onda cemiyyete xalqa hansi esasalarla rehberlik elemek iddiasinda bulunursuz ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol