Menu

AİB indiyədək Azərbaycana 5,5 mlrd. dollar maliyyə vəsaiti ayırıb

29.10.2025, 13:28
AİB indiyədək Azərbaycana 5,5 mlrd. dollar maliyyə vəsaiti ayırıb

Asiya İnkişaf Bankı indiyədək Azərbaycana 5,5 mlrd. ABŞ dolları həcmində maliyyə vəsaiti ayırıb.

"APA-Economics" xəbər verir ki, bunu 13-cü Beynəlxalq Caspian Energy Forumda Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Cəmal bildirib.

Onun sözlərinə görə, qeyd olunan maliyyə vəsaitinin 4 mlrd. dollardan çoxu dövlət sektorunun, 1,2 mlrd. dolları isə özəl sektorun payına düşüb.

Sunniya Durrani-Cəmal onu da qeyd edib ki, 25 ildən artıq əməkdaşlıq müddətində AİB Azərbaycana müxtəlif sektorların inkişafı üçün vəsait ayırıb və hazırda perspektivli sahələrdən biri kimi "yaşıl enerji"nin inkişafı istiqamətinə baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol