Menu

Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür - KXDR XİN

01.11.2025, 09:05
Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür - KXDR XİN

KXDR-in xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreyanın həyata keçirilməsi qeyri-mümkün olan xəyalı adlandırıb.

"Report"un məlumatınaa görə, diplomatın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan açıqlamasında bildirilib.

"Biz səbir nümayiş etdirəcəyik ki, onlar (Cənubi Koreya - red.) nüvəsizləşdirmə haqqında nə qədər, hətta yüz və ya min dəfə danışsınlar, bu, xəyaldır", - bəyanatda deyilir.

Onun sözlərinə görə, Cənubi Koreyada hələ də başa düşmürlər ki, KXDR-in nüvə statusunun inkar edilməsi və yarımadanın nüvəsizləşdirilməsi arzusu ilə bağlı davamlı bəyanatlar Seulun "ağılsızlığını" göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol