Menu

“MƏN MEHDİYEVƏ NƏ VİLLA, NƏ DƏ BAŞQA BİR ŞEY...” – Kəmaləddin Heydərovdan açıqlama

08.11.2025, 22:30
“MƏN MEHDİYEVƏ NƏ VİLLA, NƏ DƏ BAŞQA BİR ŞEY...” – Kəmaləddin Heydərovdan açıqlama

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın”.

“AzPolitika” bildirir ki, bunu “Gününsəsi.info”ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarla ölçülən sərvəti haqqında məlumatlar yayılmaqdadır.

Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi nazir Heydərovun adı çəkilir.

Kəmaləddin Heydərov isə deyib ki, bu iddianı “bekar adamlar” yayır.

“AzPolitika.info”

Şərhlər

veli 2025-11-12 14:20:21

yaxsi da cenab nazir ele bil vermisiz axi vallah vermisiz bu rayonda sizin xeberiniz olmadan qus bele ucmur ucan kimi basci sizi melumatlandirir

Rr 2025-11-09 09:49:48

Aha

Rasim Quliyev 2025-11-08 18:59:11

o boyda villanı kimin icazəsi ilə tikib bəs??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol