Menu

Tramp Maduro ilə görüşüb? - Özü danışdı

17.11.2025, 11:35
Tramp Maduro ilə görüşüb? - Özü danışdı

ABŞ Prezidenti Donald Tramp Florida səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən Venesuela ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

Prezident əvvəlcə “heç bir yenilik yoxdur” desə də, ardınca maraqlı ifadələr səsləndirib.

Tramp bildirib ki, Maduro ilə müəyyən əlaqələrin və mümkün danışıqların ola biləcəyini istisna etmirlər:"Maduro ilə bəzi görüşmələr aparmış ola bilərik. Nə ilə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər”.

Jurnalistlərin əlavə suallarına cavab olaraq Tramp daha açıq danışıb:“Venesuela danışmaq istəyir. Bunun nə demək olduğunu siz deyin... Mən hər kəslə görüşərəm”.

Prezident həmçinin Venesuela məsələsində Konqres ilə mümkün variantlar barədə məsləhətləşmələr aparıldığını da qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol