Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş Baş nazirin müavini, keçmiş İcmalar və Ərazilər naziri, “Naftogaz” və Kiyev Regional Dövlət Administrasiyasının keçmiş sədri Oleksiy Çernışevin həbsinə dair qərar verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fəaliyyət Mərkəzi məlumat verib. O, ya 51,6 milyon qrivna girov qoyacaq, ya da 60 gün və ya 16 yanvar tarixinə qədər həbsdə saxlanılacaq.

Xatırladaq ki, Prezident Volodimir Zelenskinin yaxın adamlarından sayılan Çernışev “Energoatom” ətrafındakı məlum korrupsiya sxemində hər hansı bir iştirakını inkar edir. O, jurnalistlərin NABU-nun “Energoatom”-da mənimsəmə sxemi təşkil etməkdə şübhəli bildiyi iş adamı Timur Mindiçi tanıyıb-tanımadığı barədə sualına cavab verməkdən imtina edib.

“AzPolitika.info”