"Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq”
“Moskva yenidən Azərbaycanı təhdid etmək üçün təhlükəli üsullara əl atır. Hansısa ölkənin səfirliyinə hücum təşkil etmək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bir faiz ləyaqəti olan dövlət belə addım atmaz. Hətta Hitler belə müharibəyə başlamazdan əvvəl sovet səfirliyinin əməkdaşlarına ölkəni tərk etməyi əvvəlcədən bildirmişdi”.
“AzPolitika” bildirir ki, bunları Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev “Facebook” səhifəsində yazıb.
Rusiyanın son addımlarını kəskin tənqid edən keçmiş spiker, Moskvanın aqressiv siyasətinə qarşı təkcə Azərbaycanın deyil, ümumilikdə Asiya ölkələrinin dayana bilməsinin çətin olduğunu bildirib. “Rusiya həmişə quduz vəziyyətdə olub. Ukraynanın dirənişini misal göstərmək olmaz. Ukraynanın əhalisi Azərbaycandan dörd dəfə çoxdur, güclü hərbi-sənaye kompleksi var və xalq bir yumruq kimi birləşib. Ətrafında səkkiz Avropa İttifaqı ölkəsi dayanır”, – o, vurğulayıb.
R.Quliyev Azərbaycan cəmiyyətinə çağırış edərək, bütün xalqın dövlətin ətrafında həmrəy olmasının vacibliyini bildirib.
“Azərbaycan xalqı bir nəfər kimi hökumətin ətrafında birləşməlidir. Elə etmək lazımdır ki, Rusiyadakı və Azərbaycana gəlib-gedən rusiyalı və azərbaycanlılar bunu dərindən dərk etsin və xalqın vuruşmaq əzminə inansınlar”, – deyə eks-spiker qeyd edib.
O, hesab edir ki, türk dövlətləri arasında, Türkiyənin liderliyi ilə həm iqtisadi, həm də hərbi sazişlərin imzalanmasının vaxtı çoxdan çatıb. Rəsul Quliyev Rusiyanın iqtisadi göstəricilərinə toxunaraq bildirib ki, Kremlin real gücü çox şişirdilir: “Rusiya ildə 2,5 trilyonluq məhsul istehsal edirdi, bunun 90 faizi neft və qaz ixracıdır. Mən əminəm ki, bu il bu rəqəm 1,8 trilyona düşəcək. Türk dövlətlərinin ümumi istehsalı isə 5 trilyona yaxındır, əhalisi Rusiyadan 1,8 dəfə çoxdur. Bu o deməkdir ki, Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq”.
Eks-spiker əlavə edib ki, türk dövlətləri Pakistanı da cəlb etməklə böyük bir güc mərkəzi yarada bilər.
“Putin ağlını itirib, yeni imperiya yaratmaq xülyası ilə yaşayır”
R.Quliyev Rusiyanın imperialist siyasətinin əsas müəllifinin Vladimir Putin olduğunu deyib: “Bu adam ağlını itirib və yenidən Sovet İttifaqı yaratmaq xəyalı ilə yaşayır. Onun siyasi səhnədən getməsi, istər fiziki, istər xalq üsyanı nəticəsində, hər şeyi dəyişəcək”.
O əlavə edib ki, Rusiya tarixinə nəzər saldıqda, bu ölkədə tez-tez diktatorların hakimiyyətə gəldiyini və yeni torpaqlar işğal etmək həvəsinin bitmədiyini görmək olur.
Rəsul Quliyev hesab edir ki, Azərbaycan güclü iqtisadi və hərbi ittifaq yaratmağa çalışmalıdır: “Biz yaxın 10 ildə ümumi istehsalı 10 trilyona çatdırmalıyıq. Pakistanın da daxil olduğu hərbi alyans bizim üçün həyati vacibdir”.
Eks-spiker Çinin gələcək planlarına da toxunaraq, qeyd edib: “Çin çox güman ki, əhalisinin azı 100 milyonunu Sibirə və Tayqaya yerləşdirməyə çalışacaq. Bu, bizim üçün ciddi təhlükədir. Çin ekspansiyası sülh şəraitində ölkələri özündən asılı vəziyyətə salmaqla həyata keçirilir. Biz güclü olsaq, onunla bərabərhüquqlu tərəfdaş ola bilərik”.
R.Quliyev sonda əlavə edib ki, Rusiyada yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı danışmağa məcbur edilməsi narahatlıq yaratmamalıdır.
“Onların maksimum 10 faizi ürəkdən Azərbaycanın əleyhinə ola bilər. Əsas məsələ Putinlə dil tapmaq deyil, onun qarşısında güclü dövlətlər birliyinin olduğunu göstərməkdir”, – eks-spiker fikrini tamamlayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər
Ədalət bəy.mərd adam oğurladıqlarını götürüb Amerikaya qaçmaz!Mərd kimi vətənində dayanardı.Ölkənin.xalqın işinə yarayardı.Bunlar talan edib xaricə daşıyan .... lardır.
Görəsən hansı əsasıa Rəsul özünü ağlını itirmiş hesab etmir? Azərbaycanda oğurladıları pularla bəzilərinin köməyi və göstərişi ilə yerləşib Amerikada .oradan arabir guya ağıllı təklilər göndərir.Kimə,nəyə,nə üçün?Başa düşə ilmir ki, artıq Azərbaycanın onun kimi.... ehtiyacı yoxdur.
Rəsul müəllim çox mərd adamdır.
Bu adamın əməlli başlı savadı.dünyagörüşü olsa idi.ölkədəona ehtiyac olsa idio zaman Amerikaya niyə qovulrdu? Rəsul sadəcə xırda alverçidir və onu ortaya çıxaran böyük səhv edib.
Bu fırıldaq küpü görəsən nəyə görə özünü ağıllı sayıb başqalarınaməsləhət vermək düşünür.Anlaya bilmir ki.onun kimiləri artıq tarixin zibiiklərindədir.Oğurluyub yığıb bəzilərinin köməyi ilə Amerkada yerləşib.guya bunu heç kim bilmir?
Bu yerdə deyirlər: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
Bu adam əyər belə uzaq görən idisə bəs niyə Azərbaycanın O, çətin günündə qoyub qaçdılar hansı Ki, Ölkəmiz dağılıb yox olmaq üzrəidi indi ağıllı çıxıblar Ölkəmizin dahi Sərkərdəsi var Cənab Prezident İlham əliyev Cənabları onun bildiyinin bir faizini rəsul Quliyev kimiləri bilmirlər odur ki, ağlınızı özünüzə saxlayın Cənab Prezident nəyi nəvaxt edəcəyini çox gözəl bilir Vəssalam.
Aha torbada pişik var. Deyesen Azerbaycana qayitmaq isteyir. Hokumete yaltaqliq edir.
Расул чего тебе надо?
Bu insanın, "politoloq" R.Quliyevin, dediklərinə inanan var ümumiyyətlə? Get, otur, oğurladıqlarını bu torpaqda sakitcə ye.
Bir sən əskikdin!!!
Deyəsən Rəsulun pulu azalıb.Qayıdıb yenə çırpışdırmaq düşünür.Əgər Azərbaycan üçün canı yansaydı burada qalıb br işəyarayardı, qaçıb Amerikada Azərbaycanda yığdıqlarını xırıd etməzdi.
Pütinin heç vaxt ağlı olmayıb ,itense ağıl yox nese başqa şeydur o öz kefindedur ve özünü 1- ci Pyotra ,Staline oxçatmaq isteyurbu use heç vaxt alınmayacaq.