Rusiyanın Ternopola kütləvi raket hücumu nəticəsində 19 nəfər həlak olub.
Bu barədə Ukrayna Dövlət Təcili Yardım Xidməti məlumat yayıb.
Məlumata görə, daha 66 nəfər yaralanıb, onlardan 16-sı uşaqdır. Təcili yardım xidmətləri 45 nəfəri xilas edib.
Düşmənin atəşi nəticəsində yaşayış binalarının, eləcə də sənaye və anbar obyektlərinin zədələndiyi bildirilir.
Ərazidə həmçinin böyük yanğınların da qeydə alındığı bildirilir.
"AzPolitika.info"


Şərhlər