Menu

Rus ordusu bu yaşayış məntəqəsini işğal edib - Bu ərazilərdə irəliləyib

20.11.2025, 14:56
Rus ordusu bu yaşayış məntəqəsini işğal edib - Bu ərazilərdə irəliləyib

Açıq mənbələrə əsaslanan hərbi analitik platforma DeepState bildirir ki, Rusiya ordusu Zaporojye istiqamətində növbəti irəliləyiş əldə edib və Veseloye adlı yaşayış məntəqəsini işğal edib.

Analitiklərin məlumatına görə, Veseloye kəndi rusiyalıların daha əvvəl nəzarətə götürdüyü Novo-Uspenovskoyenin cənubunda yerləşir. Bundan əlavə, Rusiya qüvvələrinin yaxınlıqdakı Zatişye istiqamətində də müəyyən irəliləyişlər qeydə alınıb.

DeepState həmçinin bildirir ki, Rusiya qoşunları Xarkov vilayətində Boroqskaya Andreyevka yaxınlığında Borovaya istiqamətinə doğru irəliləyib.

Bundan əvvəl analitiklər Rusiyanın Donetsk vilayətinin iki yaşayış məntəqəsində — Novospasskoe və Şçerbınovka ətrafında da irəliləyiş əldə etdiyini bildirmişdi. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol