Menu

Yumurta bahalaşıb – Kənd yumurtası 50 qəpiyə təklif olunur

20.11.2025, 16:33
Yumurta bahalaşıb – Kənd yumurtası 50 qəpiyə təklif olunur

Son günlər Azərbaycanda yumurta bahalaşıb. Bahalaşma həm kənd, həm də broyler yumurtasında özünü göstərir.

Bazarlarda kənd yumurtasının bir ədədi 45-50 qəpiyə qədər yüksəlib. Bir qədər əvvəl kənd yumurtası 35-40 qəpik olub.

Marketlərdə broyler yumurtalarının qiymətində də bahalaşma var. Hazırda broyler yumurtasının bir ədədi 17-20 qəpiyə təklif edilir. Bir neçə gün əvvəl isə broyler yumurtası 14-15 qəpiyə satılıb.

“AzPoltika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol