Menu

"Qeyri adi və ya problemli heç nə yoxdur" - Tramp sızdırılan səs yazısından danışdı

26.11.2025, 11:06
"Qeyri adi və ya problemli heç nə yoxdur" - Tramp sızdırılan səs yazısından danışdı

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndə Stiv Uitkoff ilə Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında baş tutan və mətbuata sızdırılan telefon danışığına münasibət bildirib. 

Prezident Trampın sözlərinə görə, həmin danışıqda “qeyri-adi və ya problemli heç nə yoxdur” və bu, “danışıqlar aparan şəxsin standart işi”dir.

Prezident danışığın məzmununu belə şərh edib:“Xeyr, (yazını) görməmişəm… Bu, standart bir şeydir, başa düşürsünüz? O, təklifləri Ukraynaya ‘satmalı", sonra Ukraynanın mövqeyini Rusiyaya çatdırmalıdır. Danışıqlar aparan adamın işi budur. Siz deməlisiniz: Baxın, onlar bunu istəyir, sizi buna inandırmaq lazımdır. Bu, çox standart danışıqlar formasıdır”.

Uitkoffl ilə Uşakov arasında olduğu deyilən telefon danışığı bir neçə gündür ABŞ və Rusiya mediasında müzakirə olunur. Danışıqda Vitkoffun mümkün sülh şərtləri barədə qeyri-rəsmi fikir mübadiləsi apardığı bildirilir. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol