Menu

ƏLİ KƏRİMLİNİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILDI - Qərar VERİLDİ

05.12.2025, 21:08
ƏLİ KƏRİMLİNİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILDI  - Qərar VERİLDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.

Şərhlər

Soltan 2025-12-06 13:26:34

Mən hələindiyə kimi heç vaxt Əli Kərimlidən hskimiyyətə zor tətbiq etməyə çağırış eşitməmişəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol