Menu

"Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət həyata keçirilir" - Nazir

06.12.2025, 10:41
"Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət həyata keçirilir" - Nazir

Azərbaycanda gənclərin inkişafı daim diqqətdə saxlanılır və onlarla bağlı uğurlu siyasət həyata keçirilir.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən D-8 Gənclər Dialoqunda deyib.

Nazirin sözlərinə görə, keçirilən müxtəlif beynəlxalq tədbirlər və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına töhfə vermək məqsədi daşıyır:

"Gənclərin aktivliyi və enerjisi də bizi daim onlara dəstəyə sövq edir. İstər yerli, istərsə də beynəlxalq tədbirlərdə gənclərin, eləcə də könüllülərin aktivlik göstərməsi olduqca müsbət dinamika yaradır".

Şərhlər

Mirzəli 2025-12-06 12:47:19

Afərin belə nazirə! Gənclər siyasətinin uquru gənclər arasında işsizliyin artması,gənclərin narkomaniyaya qurşanının artması sayılır?Bu adamcığa kimə yaltaqlanır?Belə kadrları olan hakimiyyətin də idarəçiliyi yarıtmaz olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol