Menu

MİLLİ MƏCLİSİN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLA BİLƏR – VHP üzvləri Sabir Rüstəmxanlıya hörmətsizlikdən qəzəbləniblər

09.12.2025, 21:27
MİLLİ MƏCLİSİN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLA BİLƏR – VHP üzvləri Sabir Rüstəmxanlıya hörmətsizlikdən qəzəbləniblər

Xəbər verildiyi kimi, dünən Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla Xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb. 

“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. 

Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”, - Sabir Rüstəmxanlı etiraz edib.

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.

"AzPolitika" xatırladır ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və məhz VHP-dən deputat seçildiyinə görə vitse-spiker postunu tutur. 

Aldığımız məlumata görə, baş verən insident Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri arasında ciddi etirazla qarşılanıb. Rafael Hüseynovun partiya sədrinə qarşı hörmətsizliyinin müzakirə olunması və onun haqqında qərar çıxarılması tələb edilir. 

Partiyadaxili mənbənin bildirdiyinə görə VHP sədri insidentin şişirdilməməsinin tərəfdarı olsa da, artıq partiyanın rayon təşkilatları və rəhbərlikdə təmsil olunan şəxslər məsələnin Siyasi Şurada baxılaraq, R.Hüseynovun partiya sıralarından xaric edilməsi haqda rəsmi müraciət edib. 

Əgər belə bir qərar çıxarılarsa, bu, R.Hüseynovun həm də vitse-spikerlik postundan gedəcəyi anlamına gəlir.

"AzPolitika.info"

Şərhlər

YUSIF 2025-12-17 08:49:11

refailçikin BU SAAT paytaxt AŞIĞINDANDIR dövlətimiz TOPUĞUNDAN. ONUN NƏ İTİ ÖLÜB VƏTƏNDƏ QALA. BİR AYAĞI GORDADIR BİR AYAĞI AVROPADA.

İsgəndər İslamoğlu 2025-12-14 15:05:59

Rəfayıla inanan elə Sabir kimi olar.

Mərdan Camalov 2025-12-10 22:31:02

Rafael hara, Sabir Rüstəmxanlı hara ? Rafael Hüseynov ..., çox yaxşı yaltaqlıq etməyə , özünü gözə coxmağa yarayır.

Şahin 2025-12-10 19:29:30

Rafael Hüseynov gözəl nitq sahibi, yaxşı artist ola bilər, amma Sabir bəy qədər nə siyasəti, nə də dövlət dilini necə inkişaf edtirməyin yollarını bilə biləməz. Sakitcə oturub qulaq assa bəlkə bir şey öyrənə. Təəsüf ki kreslo adamı bəzən çaşdırır.

Abbasqulu Nəcəfzadə 2025-12-10 17:26:53

AkademikbRafael müəllimin günahı nədir? 3 dəqiqəlik reqlamentə əməl etməyənlərin çıxışını kəsib, düz də edib. Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Jalə xanım və b. kimdir ki, onlara qanun tətbiq etmək olmaz.

Ruslan Abdalov 2025-12-10 16:33:49

Sabir Rüstəmxanlı Azərbaycani istəyən, sevən bir şəxdir.Əlbəttə hüseynov kimilərinin onu görməyə gözü yoxdur.daldan gəlib qabağa düşüb.indi də at oynadır.elə onun getməyi məsləhətdir.

Minayə 2025-12-10 11:57:13

Rafael müəllim nadir ziyalı, gözəl nitq sahibi, biliklərini geniş auditoriyiyaya məharətlə çatdıra bilən böyük ustaddır. Zər qədrini zərgər bilər. ..

Dr. Amirov 2025-12-10 02:22:17

Gòrkəmli Ziyalîlarımız fəxrimizdir

Vüqar 2025-12-10 00:07:57

Rəfael Hüseynov çox ....Xalq içində heç bir hörməti yoxdur.Nə qədər tez tutduğu vəzifədən kənarlaşdırılsa,bir o qədər hamının ürəyincə olar.

Elnur bəy 2025-12-09 23:43:18

Allah ömür versin Sabir bəyə

Taleh Aliyarov 2025-12-09 17:26:13

Sabir bəy Meydan hərəkatında həyatını riskə atıb xalqı ayağa qaldıranda, müstəqillik uğrunda mübarizə aparanda bu haradeydi? İndi düşüb ortalığa.

Senan 2025-12-09 14:48:36

Bağa çanağından çıxıb çanağına təpik atır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol