ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada Kolumbiya Prezidenti Qustavo Petronu sərt tənqid edib.

ABŞ prezidenti Donald Tramp Petronun ABŞ-yə qarşı düşmənçilik etdiyini iddia edib.

Donald Tramp Kolumbiyanın çoxlu narkotik istehsal etdiyini və birbaşa ABŞ-yə kokain satdığını bildirib.

Tramp bildirib ki, əgər Qustavo Petro dərs çıxarmasa, Madurodan sonra növbəti hədəf o olacaq.

 "O, ABŞ-a qarşı olduqca düşmənçilik mövqeyindədir. Əgər ağıllı olmasa, böyük problemə düşəcək", -deyə o, qeyd edib.

"AzPolitika.info"