Menu

Yaponiyada güclü zəlzələ baş verib - Sunami xəbərdarlığı elan olunub

12.12.2025, 09:41
Yaponiyada güclü zəlzələ baş verib - Sunami xəbərdarlığı elan olunub

Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Kyodo agentliyinin məlumatına görə hadisədən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol