Menu

“Bakı və İrəvan arasında müzakirələri diqqətlə izləyirik” - Yaşar Gülər

12.12.2025, 15:57
“Bakı və İrəvan arasında  müzakirələri diqqətlə  izləyirik” - Yaşar Gülər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında gedən müzakirələrdə əldə olunan irəliləyişi diqqətlə və məmnunluqla izləyir.

“AzPolitika” xəbər verir ki, Bu barədə məlumatı dövlət televiziyası TRT Haber yayıb.Nazirin sözlərinə görə, Türkiyə regionda sabitlik və əməkdaşlığın təmin olunmasına töhfə verməyə hazırdır.

“Türkiyə olaraq biz bütün ölkələrin sülhünə və rifahına xidmət edəcək bu prosesin dayanıqlı şəkildə başa çatdırılması səylərini dəstəkləyirik və bu məsələdə hər cür yardım göstərməyə hazır olduğumuzu bəyan edirik”, - deyə o, bildirib.

Gülər bu fikirləri 2026-cı il büdcəsinin müzakirəsi zamanı Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı səsləndirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol