Menu

Azərbaycanlı kapitan Ukraynada öldü... - Vətən müharibəsindən sağ qayıtmışdı

13.12.2025, 12:01
Azərbaycanlı kapitan Ukraynada öldü... - Vətən müharibəsindən sağ qayıtmışdı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

"44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.

Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmişdi və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi", - T.Şahmuradov bildirib.

Şərhlər

ƏNHU 2025-12-14 00:54:32

Nə qədər imansız, nə qədər vicdansız olasan ki, pul müqabilində gedib dünyanın o başında zalımın yanında yer alıb məzlum öldürəsən. Çörəyini məzlum öldürməklə çıxarasan. Ay nadan, ləyaqətli insanları öldürmək sənin üçün bu qədərmi keyfli, bu qədərmi asan idi? Sənin də balaları dünyanı o başından bir nəfər gəlib öldürsə xoşuna gələrdimi? Gördünmü haqq yerdə qalmadı. Ukraynalı anaların ahı tutdu səni. Sən idinmi tıqqıltı gələn kimi qapıya yüyürən 3 yaşlı, 5 yaşlı körpələrin atalarını öldürən? Sən idinmi analara donunun balağından od vuran. Ananın övladını öldürdün ya onu oda atdın eyni şeydir. Elə bilmə ki, öldün qurtardın.Görəcəkli günlərin gorundadır. Səni TANRInın pəncəsindən 124 min peyğəmbər də ala bilməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol