Menu

"Yeni ABŞ sanksiyalarının tətbiqi ilə bağlı xəbər görməmişik" - Peskov

17.12.2025, 15:28
"Yeni ABŞ sanksiyalarının tətbiqi ilə bağlı xəbər görməmişik" - Peskov

Kreml amerikalılardan müharibənin həlli üçün Ukrayna və Avropa ilə işlərinin nəticələri barədə məlumat gözləyir. Rusiyaya qarşı yeni ABŞ sanksiyalarının tətbiq edilməsi ilə bağlı xəbərləri görməmişik.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə Moskvaya səfəri planlaşdırılmır.

Sülh prosesi barədə danışan Kremlin sözçüsü Vitkoffun ABŞ prezidentinin komandasının üzvü kimi Moskvanın deyil, Trampın xəttini izlədiyini bildirib.

Eyni zamanda, o, ABŞ xüsusi nümayəndəsinin Kremllə hər yeni təmasda Rusiyanın mövqeyini getdikcə daha yaxşı başa düşdüyünü qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol