İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.
Tenderin qalibi "Maksimus" MMC-dir.
Qalib şirkətə 68,7 milyon manat ödəniləcək.
Əldə olunmuş yaşayış sahələri Sumqayıt şəhərində yerləşir.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.


Şərhlər