Medianın İnkişafı Agentliyi jurnalistikanın inkişafında xidmətləri olan media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edir.
“AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli, baş redaktorun müavini İsmayıl İsmayılov və əməkdaşı Elçin Rüstəmov yubiley medalı ilə təltif olunublar.
Təltifə görə Medianın İnkişafı Agentliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
“AzPolitika.info”

Şərhlər
Cəlal Məmmədov təkcə Azpolitikada yox, bütövlükdə milli mətbuatımızda parlayan bir simadır. Medianın İnkişafı Agentliyi bunu çox gözəl bilir. Cəlal Məmmədovun yaxasında heç bir medal olmasa o, çağdaş mətbuatımızın PREZİDENTİDİR və Medianın İnkişafı Agentliyi bu akademik məqamı təltif etmək səlahiyyətində deyil.
Hər üçünüzü səmimi qəlbdən təbrik edirəm və uğurlarınızın davamlı olmasını arzulayıram. Uğurlar !!!
Bəs Cəlàl Məmmədov . Ən çox o layiq idi
Səmimi təbriklər.Ugurunuz həmişa bol olsun.