Ermənistanın Baş nazir Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb.
"AzPolitika" xəbər verir ki, Paşinyan bu görüntüləri sosial şəbəkələrdəki səhifəsində paylaşıb.
"Sülh indi reallıq olub", - o, videonun altında yazıb.
Qeyd edək ki, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı kommersiya xarakterlidir.
"AzPolitika.info"

Şərhlər
Deputat Aydın Hüseynov deyir ki, Gültəkin Hacıbəyli neftin qiyməti aşağı düşəndə sevinirdi, buna görə də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Adını deputat və həm də qanunverici qoymuş bir şəxs indiyə qədər hələ başa düşməyib ki, Cinayət Məcəlləsinin qəbul və qüvvəyə minməsiinin fəlsəfəsi budur ki, dövlət bu aktla cəmiyyətə elan edir: yalnız bu Məcəllədə nəzərdə tutulan əməllərin cinayət və cəzalandırılmalı olduğunu, nəzərdə tutulmayan heç bir əməli isə cinayət saymayacağımı və cəzalandırmayacağımı bildirirəm. Bunu ona görə ediblər ki, Aydın Hüseynov kimi hər yerindən duran vəzifəli şəxs sui-istifadə edib, xoşu gəlmədiyi hər hansı şəxsi cinayət törətməkdə ittiham edib cəzalandıra bilməsin; keçən əsrin 30-cu illərində fəaliyyət göstərən "troykalarda" olduğu kimi. AR CM-da da "neftin qiymətinin aşağı düşməsinə sevinmək" kimi bir əməl yoxdur. Gültəkin bu sözləri deyibsə, uzaqbaşı mənəvi məsuliyyət daşıya bilər. Bunu heç kəs deyil, məhz qanunverici orqanın üzvü başa düşməyibsə, vay Azərbaycanın halına... O zaman mən də təklif edirəm ki, CM-ya şəxsin "Konstitusiyada nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə..." məsuliyyət nəzərdə tutan yeni maddə əlavə olunsun. Çünki bu, konstitusion normadır, lakin "qanunu qanun qoruyar" prinsipindən yanaşsaq, həmin norma hüquqi sanksiya ilə qorunmur. Ölkəmizdə təqsirsizlik prezumpsiyası hüququnun müxtəlif şəxslər və media qurumları tərəfindən son zamanlar pozulmasının kütləvi hal almasını nəzərə alaraq sıradan sadə bir vətəndaş olaraq təklif edirəm ki, Milli Məclis bu hüququn cinayət-hüquqi müstəvidə müdafiəsi üçün qanunvericilik tədbirləru görsün. Ona görə ki, həmin hüququn mülki qaydada müdafiəsinin yetərli olmadığı açıq-aşkar görünməklə yanaşı, müdafiənin dəqiq, səmərəli və işlək mexanizminin yaradılmadığı da aşkar olur. Son vaxtlar bəzi şəxslər insanları elə əməllərdə ittiham və cəzalandırılmasını tələb edir ki, bu tip əməllərin və davranışların heç biri nəinki Cinayət Məcəlləsində, hətta İnzibati Xətalar Məcəlləsində belə nəzərdə tutulmayıb. Əvəzində isə bunu tələb edən həmin şəxslər başqalarının hüququnu pozur, özünə və ailəsinə zərər vurur, lakin bunlara görə heç bir məsuliyyət daşımır. Azərbacanda isə sağlam fikrin yaxın zamanlarda qalib gələcəyinə inam yaradacaq heç bir əlamətlər müşahidə olunmur. Belə hallar xeyli miqdarda heç bir cinayət törətməyən insanların əsassız yerə cəzalandırılması ilə nəticələnə bilər. Sayıram ki, bunun qarşısı elə qanunvericilik səviyyəsində də alınmalıdır.