Menu

Çinin ən böyük dəniz neft - qaz yatağı rekorda imza atıb

21.12.2025, 09:23
Çinin ən böyük dəniz neft - qaz yatağı rekorda imza atıb

Çinin milli neft korporasiyası (CNOOC) 2025-ci ildə Bohay neft - qaz yatağında rekord səviyyədə 40 milyon ton neft və qaz hasilatı qeydə alıb.

"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

CNOOC-un milli enerji təhlükəsizliyinə və yüksək keyfiyyətli sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verdiyi qeyd olunur. Agentliyin istinad etdiyi şirkət nümayəndəsinin sözlərinə görə, bu rəqəmin artması qismən "Kenli 10-2" və "Boçjun 26-6" neft yataqları da daxil olmaqla bir neçə əsas obyektin səmərəli istismarı ilə bağlıdır.

Paralel olaraq rəqəmsallaşdırma və ağıllı texnologiyaların tətbiqi də sürətlənib.

Bohay neft - qaz yatağı Çinin şimalındakı Sarı dənizin Bohay körfəzində yerləşir və ölkənin ən böyük yatağı hesab olunur. Onun ərazisinə 60-dan çox enerji ehtiyatlarının mənimsəmə zonası və təxminən 200 istehsal müəssisəsi daxildir. Yataqda ümumi istehsal həcmi 600 milyon tonu keçib.

Şərhlər

Bəhrami 2025-12-21 11:55:23

Xəzərin *SOKAR*ına uyğun illik 40 milyon ton debit maraqlı rəqəm deyilmi? Təəssüf ki, AzSSR dövründəki mövcud qarşılıq xam neft hasilatı, emalı, avadanlıq istehsalı və tədarükü əlaqələrimiz müstəqil dövrümüzə bərpa edilməyib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol