Dövlət Gömrük Komitəsində son günlər aşkarlanan korrupsiya faktları və həbslər bu qurumun indiki strukturda nə dərəcədə effektiv olması mövzusunu yenidən gündəmə gətirib.
"AzPolitika” bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərlinin paylaşımını təqdim edir: “Gömrük Komitəsinə ümvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin nəzdində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstəməsi təkliflərinə DGK-dan cavab veriblər. Əvvala, cavabla heç razı olmasam da, faktın özünə görə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm.
Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır.
Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var.
Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı, əgər pasportu tez almaq istəyirdinsə, 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, “oyun qaydası” idi.
ASAN xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən.
Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya “oyun qaydası”, sistem dəyişdi?!
Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.
“AzPolitika.info”

Şərhlər
doğru buyurursunuz.gərək fikirləşsinlər.Ancaq bunlarda o baş, o savad,bilik.düşüncə varmı ki.vəziyyəti dərk edib optimal variant düşünsünlər? Bunlar milliyyəti qarışıq,düşüncələri rüşvət.talan,mənimsəmə,xaricə daşımadan başqa faliyyətləri olmayan tiplərdir.Altay kimiləri tapır.yerləşdirir
Guya gömrükdə nələrin baş verdiyini hakimiyyət bilmir?Çox gözəl bilir.Amma....Bir hesablayın görün il ərzində gömrüyün ödəmə üçün məlum bank hesabına nə qədər pul köçürüür və bu pulun nə qədəri büdcəyə daxil olur.bəs yerdəqalanı necə olur? Bunu hakimiyyətin bilməməsi mümkündürmü? Deməli torbada iri pişik var.
Gomruk Komitesi bolunmeli yarsi DSX qalan Hissesi Maliyye Nazirliyinde olmali.DVX iqtisadiyyatin terkibinden cixmali o da maliyye verilmelidir.Ya da ayrica bir qurum olmalidir.Amma bir yerde olmagi riskdir daxil olan ve hesablayinin bir rehber olmasi butun yumurtalari bir kiseye qoymaga oxsayir.Ona gore nese etmemishden once gerek fikrlesheler.Dovletin cibi tecrube yeri deyil!
Asan xidmət elədir ki rüşvət olan keçmiş idarələrə rəhmət oxuyuruq.. dəhşətli rüsumlar və sonda yüz, 2 yüz manat xidmət haqqı.. elə bil bazardasan xidmət haqqı nədir həm 2 yüz manat. Rüsumlar və cərimələr nə üçün minimum yaşayış hədinin nisbəti ilə hesablanmır nə üçün bu xalqın qanını içirlər?
Yetmiş il AzSovet dövründə əlahiddə gəlir Vergiləri, ya Gömrük Rüsumu qurumları vardı? Hazırki, minlərlə dəfə sürətli dəqiq hesablayıcı, operativ-icraçı sənədləşdirmə proqramları da yoxdu? Heç bir məhsul, istehsal və xidmət 1ci hesabatla ilkən gəlir vergisini ödəməmiş mühasibat hesabatını vermiş sayılmazdı? Eləcə də, İxracın və İdxalın dürüst-dəqiq maliyyə hesabatlarını vermədən işinə davam edə bilməzdi?