Menu

Rusiya ordusu yenə Donetskə zərbələr endirib - Ölən və yaralılar var

25.12.2025, 19:41
Rusiya ordusu yenə Donetskə zərbələr endirib - Ölən və yaralılar var

Ukraynanın Donetsk vilayətində sakinlərin təxliyəsi zamanı Rusiyanın dron zərbələri nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bunu şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunov bildirib.

"Konstantinovkada təxliyə missiyası zamanı bir könüllü düşmən dronunun zərbəsi nəticəsində həlak olub. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər dərhal Drujkovka şəhər xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. Onlar təhlükəli zonalardan insanların çıxarılması ilə məşğul olurdular", – açıqlamada qeyd olunub.

Qorbunov əlavə edib ki, hücum nəticəsində "Kramatorsk Könüllülər Birliyi" ictimai təşkilatına məxsus minik avtomobili də zədələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol