Menu

"İsveçrə özünü hücumdan qorumaq qabiliyyətində deyil" - Müdafiə naziri

27.12.2025, 18:15
"İsveçrə özünü hücumdan qorumaq qabiliyyətində deyil" - Müdafiə naziri

İsveçrənin müdafiə naziri Tomas Zyussli ölkəsinin özünü tammiqyaslı hücumdan qorumaq qabiliyyətində olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" "Neue Zürcher Zeitung"a (NZZ) istinadən məlumat yayıb.

Onun sözlərinə görə, rəsmi Bern Rusiya tərəfindən artan risklər fonunda hərbi xərclərini artırmalıdır:

"İsveçrə kritik infrastruktura qeyri-dövlət aktorları tərəfindən edilən hücumlara, eləcə də kiberhücumlara hazırdır, lakin silahlı qüvvələr hələ də ciddi texniki çatışmazlıqdan əziyyət çəkir. Biz məsafədən təhdidləri, xüsusilə də ölkəmizə qarşı tammiqyaslı hücumu dəf etmək iqtidarında deyilik. Etiraf etmək çətindir ki, real fövqəladə vəziyyətdə bütün hərbçilərin yalnız üçdə biri tam təchiz olunmuş olardı".

T.Zyussli həmçinin deyib ki, ölkədə orduya münasibət, Ukraynada müharibə və Rusiyanın Avropadakı vəziyyəti destabilizə etmək cəhdlərinə baxmayaraq, demək olar, dəyişməyib (silahlanmaya kəskin ehtiyac hissi yoxdur - red.):

"Bu da İsveçrənin münaqişədən uzaq olması, ölkənin döyüş təcrübəsinin olmaması və digər məsələlərlə bağlıdır".

Şərhlər

Bəhrami 2025-12-28 12:52:06

Əcəb münasibət deyilmi? Özünü müdafiə qabiliyyətində olmayan dövlətə digərləri öz ehtiyatlarını hansı etibarla və nəyin müqabilində əmanət edirlər?

Bəhram 2025-12-27 23:01:58

İsveçrə özünü müdafiə qabiliyyətində deyilsə, digər dövlətlər öz ehtiyatlarını hansı əsasla ona etibar edirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol