Menu

YENİ BAŞÇI, KÖHNƏ TAMAH... – Nəsiminin “çiçəyi burnunda” başçısı nəyin və kimin güdazına gedib?

30.12.2025, 23:41
YENİ BAŞÇI, KÖHNƏ TAMAH... – Nəsiminin “çiçəyi burnunda” başçısı nəyin və kimin güdazına gedib?

Bir icra başçısının, xüsusilə də paytaxtın mərkəzi rayonlarından birinə təyin olunan başçının cəmi 47 gün sonra vəzifəsindən atılması Azərbaycan üçün kifayət qədər nadir hadisədir. Bunun üçün adamın “ÇP”-sinin, xətasının, törətdiyi “əyri əməlin” miqyasını təsəvvür etmək belə çətindir... 

Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Dünən vəzifəsindən azad edildi. 43 yaşlı İbrahimov nisbətən “gənc kadrlar”dan sayılır və Nəsimi rayonundan əvvəl 3 ildən artıq Kürdəmirin icra başçısı olub. Azərbaycanın ən “şəffaf” universitetlərindən biri olan Azərbaycan Kooperasiya Universitetini bitirən İbrahimovun karyerasında otel, audit, mebel şirkəti, ardınca da Şamaxı icra başçısının köməkçisi kimi iş yerləri olub.

Ancaq əsas bu deyil. Zatən Azərbaycanda adı korrupsiya və özbaşınalıq sarıdan dillər əzbəri olan Kooperasiya Universiteti, Beynəlxalq Universitet kimi “ali məktəblər”in dipomunu almış saysız-hesabsız məmur, hakim, deputat olub və var. Azərbaycanda Ramiz Mehdiyevin zamanında əvvəllər ofisiant, kababçı və s. işləmiş, pulla diplom almış başçılar da olub. Onların təqdimatı Mehdiyev tərəfindən verilib. Lakin hətta onlar belə uzun illər vəzifələrini “qoruyublar” və İbrahimov kimi dərhal özlərini “yandırmayıblar”, vəzifədən atılmayıb, yaxud həbs edilməyiblər.

Bəs yeni başçı nə edib, hansı əməlin sahibi olub ki, belə bir “rekord”a imza ata bilib? Medianın yazdığına görə, Nəsiminin “çiçəyi burnunda” başçısı rayon ərazisindəki özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun şirkətlərdən 100-200 min manat pul aldığı bildirilir və görünür, bunu onunla birlikdə işdən azad edilən köməkçisi vasitəsilə edib. Belə ki, İbrahimovun təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

Təbii ki, Azərbaycan reallıqlarında xüsusilə bəzi rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və s. tərəfindən sahibkarlara qarşı haqsız təzyiq və təhdidlər, bəzi hallarda onlardan “xərac” yığılması təcrübəsi çoxdan mövcuddur. Ona görə də bu xəbərin yayılmasından sonra çoxları yeni başçının əməlinə dair deyilənlərə yox, onun bu əmələ görə vəzifəsindən dərhal atılmasına təəccüb edirlər. Çünki hesab edilir ki, aşağı-yuxarı, başçıların çoxu elə bu cür, ya da buna bənzər şəkildə “işləyir”...

Əslində, bu mənzərə nə qədər müəmmalıdırsa, bir o qədər də dövlət idarəçiliyi institutu üçün neqativ, hətta təhlükəlidir. Çünki başçı təyinatı birbaşa Prezident sərəncamı ilə həyata keçirilir.

Məlum olduğu kimi, Prezident yeni icra başçılarını şəxsən qəbul edir, onlara tapşırıqlar verir. Açıq şəkildə deyir ki, vətəndaşları, sahibkarları incitmək, qanundan kənara çıxmaq olmaz və bunu edənlər bütün xidmətlərinə baxmayaraq, sərt cəzalandırılacaqlar. Yeni başçılar da çıxış edərək, etimadı doğruldacağına dair söz verirlər. E.İbrahimov da bu sırada istisna təşkil etmir. Lakin indiki halda belə çıxır ki, E.İbrahimov qəbuldan çıxar-çıxmaz daraşıb rayonun canına - pul toplamağa. Bu, bir tərəfdən arxayınçılığın, cəzasızlıqdan baş gicəllənməsinin göstəricisidir. Digər yandan, vəzifəyə keçər-keçməz, rayonu tam “tanımaza-bilməzə” bu cür acgözlüklə “hücuma keçməsi” də müəmmalı görünür. Əlbəttə ki, bu adamın təqdimatını verən konkret şəxs, bəlkə də şəxslər var. Bəs beləsinin əvvəl Kürdəmirə, daha sonra isə Bakının mərkəzi və strateji əhəmiyyətli rayonlarından birinə başçı təqdimatını kim verib? Ən əsası, bunu edənlər onun boynuna hansı minnəti qoyub, necə qaza gətiriblər ki, rayona çatar-çatmaz pul toplmağa başlayıb? Əsas kök, əsas səbəb bu sualların cavabında axtarılmalıdır. Axtaracaqlarmı, tezliklə bu halların kökü kəsiləcəkmi?

Nəhayət, bu hadisə bir daha Azərbaycanda icra hakimiyyəti idarəçilik sisteminin özünü doğrultmadığını təsdiqləyir. Bu sistem dəyişməyincə, daha müasir, çevik, şəffaf və seçkili sistemlə əvəz olunmayınca, hələ çox başçı istefalarının, həbslərin şahidi olacağıq...

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Prezidentimizi sevən 2025-12-31 21:28:17

Yazılmış şərhlərə istinad edərək bidirmək istəyirəm ki, ölkəmizdə korrupsionerlərdən canımızı qurtarmaq üçün birinci növbədə Prezident Administrasiyasında köklü kadr islahatları aparılmalıdır. O cümlədən Vəkillər Kollegiyasında və Məhkəmə-Hüquq Şurasında, çünki yüksək bal toplayanları vəkil və Hakim olmasına imkan verilməyibdir. Hamısı ramizin adamarıdır...... Şəkinin İcra başçısı nə üçün işdən azad edilmir, çox müammalıdır, sanki Şəkini özəlləöşdiriblər, Şəki əldən gedib !

Moshu 2025-12-31 15:08:03

"Azpolitika" ya eşq o Aydın bəy də düz deyir:"belə tipləri ŏlkə baṣçına kim təqdim eləyir və iṣ prosesində kim qəyyumluq eləyir onları da ifṣa etmək və cəzalandırmaq lazım.Yoxsa bu můdhiṣ proses davam edəcəklsun, zəhmətimi yerdə qoymadı". Hər kəs bacardığı qədər cənab Prezidentə dəstək olmalıdır.

Aydın 2025-12-31 13:32:21

Məsələ burasındadır ki,belə tipləri ŏlkə baṣçına kim təqdim eləyir və iṣ prosesində kim qəyyumluq eləyir onları da ifṣa etmək və cəzalandırmaq lazım.Yoxsa bu můdhiṣ proses davam edəcək

Moshu 2025-12-31 11:29:48

İnanın səmimiyyətimə, yazının əvvəlini oxumağa başlayanda o dəqiqə mənə aydın oldu ki, onun müəllifi Cəlal Məmmədovdur. O, məsələləri elə zərgər dəqiqliyilə açıqlayır ki, adamın canına yağ kimi yayılır. Bundan başlayaq ki, kim bu başsızları ölkə başçısına təqdim edir? Fikrimcə, bunun səbəbkarı elə Cəlal Məmmədovdur (zarafat). İndi isə keçək bir balaca ciddi məsələyə. Bu yaramazları yəqin ki, hər yoldan keçən deyil, Administrasiyadan kimsə təklif edir. Bunlardan biri Administrasiyanın rəhbəri Samir Nuriyev, digəri isə Zeynal Nağdəliyev olar. Hər ikisini tanıdığıma görə tam səmimiyətlə iddia edirəm ki, bu Samir Nuriyev deyil. Nəticəni özünüz çıxarın, yəqin ki, cənab Prezident bu məsələyə ciddi baxar, özü müəyyən edər, aydınlıq gətirər. Onu da qeyd edim ki, oxucu Zaur devyatkaya vurub. Heç kimi nəyəsə inandırmaq zorunda da deyiləm. А упал, Б пропал, кто остался на трубе. Bir sözlə, bu mənim işim deyil. Keçək əsas məsələyə. Əgər bu cənab pul yığmaqla məşğul olmuşsa, vəzifədən azad olunmaq şərt deyil, buna hüquqi müstəvidə qiymət verilməlidir. Vaxtınızı çox almayacam. 20 yanvar hadisələri çoxlarımızın xatirindədir. Bu hadisədən sonra vətəndaçlarımızın böyük əksəriyyəti sovet pasportlarını, partiya biletlərini yandırmağa başladılar. Ehtiyatlanıram ki, oxşar vəziyyət YAP-la da bağlı olar (burada Sirus Təbrizli yada düşür). Bu başdan deyim: partiyaya o qədər yaramazlar soxulublar ki (başlarının üstündən Heydər Əliyevin və İlham Əliyevin portretini asıb min cür yaramazlırlarla məşğuldurlar), bu bileti özlərində saxlayan bir İlham Əliyev, bir də Arif Rəhimzadə olacaq. Azpolitika mənim bu cızmaqaramı verməsə zəhmətin hədər olacaq.

Abbasov 2025-12-31 08:33:42

Bu qınamalı deyil.Əvvəl işlədiyi işlərdə görub ki, hamı rüsvət alır, bu da vəzifəyə gələn kimi başlayıb rüsvətə

Baba 2025-12-30 20:47:40

Məmurların hamısı rüşvətxor korrupsioner talançılardırlar

Moranlı 2025-12-30 17:32:33

Azərbaycan Beynəlxalq Unveristetinin məzunu-hazırda Azərbaycan Alı Məhkəməsinin sədridir.

sadiq 2025-12-30 16:33:30

bütün icra başçıları belə işləyir. hamısı korrupsiyonerdir. icra başçıları sistemi ləğv olunmalıdır.

bebiş 2025-12-30 16:03:38

Polis sobelerin hec rusvet hallari olmur? Saatli 30 dene qoyun almaq olmir seher öolis aparib qoyun qarisiq, elivden alir. Olarnan niye mesgul olmurlar

miri 2025-12-30 15:56:28

Daxili imkanlar hesabına abadlıq, daxili imkanlar hesabına şəhid və qazi ailələrinə yardım, daxili imkanlar hesabına tədbirlərin təşkili, daxili imkanlar hesabına qonaqların xidməti, daxili imkanlar hesabına sosial cəhətdən yaşayışı aşağı olanlara qayğı, daxili imkanlar hesabına bayram sovqatı arının paylanması, daxili imkanlar hesabına portret və heykəllərə qulluq və s. Amma bir adam sual etmirik, bu qədər xərci hardan götürmək olar.

Mubariz 2025-12-30 15:50:30

Hörmətli Cəlal ,əsas səbəbi deyim ,bildiyniz kimi Bütün oliqarx məmurların bu ərazidə sanballı obyektləri var ,bu bədbəxt də tamahı ucbatından gedib iribuynuzların buynuzuna ilişib və qırxı çıxan kimi fəaliyyətinə start verib

Zaur 2025-12-30 15:47:14

Bunun babasi o,vaxtlar sehf etmiremse Xelife İbrahimov Berdenin raykimun birinci katibi (pambiqciliq rayonu) isleyib.
Onun teqtimatini Zeynal Negdeliyev edib.Onu oradan uzaqlasdirmayinca bu cur hadiseler bas verecek.Zeynal N.”Ramiz enverovicin” yadigaridir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol