Menu

Qətərin Azərbaycandakı keçmiş səfiri Türkiyəyə səfir təyin olunub

05.01.2026, 17:25
Qətərin Azərbaycandakı keçmiş səfiri Türkiyəyə səfir təyin olunub

Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani Türkiyəyə yeni səfir təyin edib.

"AzPolitika" xəbər verir ki, Əmirin imzaladığı Fərmanla Feysəl bin Abdullah bin Həməd Əl-Hənzab Türkiyə Respublikasına Fövqəladə və Səlahiyyətli Səfir təyin olunub.

Xatırladaq ki, Feysəl bin Abdullah bin Həməd Əl-Hənzab 2019-2023-cü illərdə Qətər Dövlətinin Azərbaycanda Səfiri olub.

2023-2026-cı illərdə isə o, Qətər Xarici İşlər Nazirinin Xüsusi Elçisi vəzifəsini icra edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol