Menu

Tramp Venesueladan xərac alacaqlarını bəyan etdi - "ABŞ-yə 50 milyon barrelə qədər neft verəcək"

07.01.2026, 08:25
Tramp Venesueladan xərac alacaqlarını bəyan etdi - "ABŞ-yə 50 milyon barrelə qədər neft verəcək"

ABŞ Prezidenti  Donald Tramp bəyan edib ki, Venesuela hakimiyyəti ABŞ-a satış üçün 50 milyon barrelədək neft ötürəcək və bu tranzaksiyadan əldə olunacaq gəlirlərə şəxsən o nəzarət edəcək.

Tramp bu barədə "Truth Social" platformasında yazıb.

"Sevinc hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-yə sanksiyalara məruz qalan 30–50 milyon barrel yüksək keyfiyyətli neft ötürəcək. Bu neft bazar qiyməti ilə satılacaq və bu pullara ABŞ Prezidenti kimi mən nəzarət edəcəyəm ki, onların Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmasına təminat verilsin!" - o qeyd edib.

Tramp onu da bildirib ki, ABŞ-nin energetika naziri Kris Rayta bu planın dərhal həyata keçirilməsi tapşırılıb. Onun sözlərinə görə, neft Amerika limanlarına çatdırılacaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol